AI Bilik
I–XI sinif və DİM

Şəkil çək, addım‑addım öyrən

AI Bilik dərs sualının şəklini oxuyur və həllini sənin sinfinə uyğun dildə, addım-addım izah edir. Sonra test, tam DİM sınağı, şəxsi plan və irəliləyiş hesabatı.

Google Play-də əldə edinTezliklə App Store-dan yükləyinTezliklə
  • Reklam yoxdur
  • Pulsuz hesab hamıya
  • Valideyn nəzarəti
Necə işləyir

Sualdan nəticəyə 4 addım

Məktəb proqramı və DİM imtahanları üçün. Universitet, iş sənədi və proqramdan kənar suallar həll edilmir.

Şəkil çək və ya yaz

Dəftərdəki və ya dərslikdəki sualın şəklini çək. Şəkil aydın deyilsə, AI yenidən çəkməyi xahiş edir, limit xərclənmir.

Addım-addım həll

Hər addım ayrıca izah olunur, sonda cavab. Premium-da "niyə belədir" izahı və 3 oxşar məsələ.

Test və DİM sınağı

Sinfinə uyğun, DİM formatında testlər. Real imtahanın sual sayı və vaxtı ilə tam sınaq, xarici dildə dinləmə tapşırıqları.

Plan, dəftər, liqa

Zəif mövzulara görə gündəlik şəxsi plan, səhvlərin toplandığı dəftər, Bilik balı reytinqi və həftəlik liqa.

Tam DİM sınağı

9-cu sinif 81 tapşırıq, 11-ci sinif 85, blok 90 tapşırıq, 3 saat.

Dinləmə

Xarici dil imtahanı üçün səsli tapşırıqlar: ingilis, alman, fransız, ərəb, fars dilləri, 9-cu və 11-ci sinif formatında.

Şəxsi plan və səhv dəftəri

Hədəfini və gündəlik vaxtını seç: plan hər gün zəif mövzudan qısa test və dəftərdən təkrar verir. Səhv sual 2 dəfə ardıcıl düz həll olunanda "öyrənildi" olur.

Bilik balı (BB) və reytinq

Düzgün testlər bal gətirir. Ümumi, region, sinif və "Məktəbim" reytinqləri, məktəblər arası yarış. Reytinq hər tədris ili 15 sentyabrda yenidən başlayır.

Həftəlik liqa

Plan, seriya və testlər aktivlik xalı gətirir. Həftəni qrupunda öndə bitir, Bürüncdən Brilyanta qalx. Bilik balına təsir etmir.

Uşaq üçün təhlükəsiz

Reklam yoxdur, məlumat satılmır. Reytinqdə ad "Əli M." kimi görünür. Müəllim şagirdin telefonunu görmür, uyğunsuz şəkil olanda valideynə xəbər gedir.

Kimlər üçün

Şagird, valideyn və müəllim: bir tətbiq

Hər rolun öz kabineti var. Valideyn və müəllim şagirdin yalnız onlara aid hissəsini görür.

Şagird üçün

  • Sualın addım-addım həlli və izahı
  • Sinfinə uyğun testlər, tam DİM sınağı
  • Şəxsi plan, səhv dəftəri, həftəlik liqa
  • Bilik balı ilə sinif, region və məktəb reytinqi
  • Öz nömrən yoxdursa, valideynin nömrəsi ilə giriş

Valideyn üçün

  • Övladın nə həll etdiyi, testlərdə necə olduğu
  • Zəif mövzular və şəxsi planın gedişi
  • Həftəlik hesabat və bildirişlər
  • Yeni müəllim və uyğunsuz şəkil barədə xəbərdarlıq

Pulsuz: övladı bağlamaq və həftəlik qısa hesabat.

Müəllim üçün

  • Qrup yarat, şagirdlər kodla qoşulsun
  • Testi bir toxunuşla bütün qrupa göndər
  • Qrup hesabatı və sinif reytinqi
  • Qrup sayı limitsiz: ödəniş fənn və şagird sayına görə
  • İbtidai sinif: 1 qrup sinfin bütün fənləri

Pulsuz: şagird siyahısı və hər şagirdin öz fənni üzrə hesabatı.

Tariflər

Pulsuz başla, lazım olanda Premium

Qiymətlər serverdən yüklənir…

İlk alış bonusu: aylıq alanda 3 bonus gün, illik alanda 1 bonus ay. Hər hesaba bir dəfə.
Abunə tətbiqin içində Google Play vasitəsilə alınır və istənilən vaxt ləğv edilir. Beta versiyada ödəniş hələ açılmayıb. Məktəblər üçün ayrıca müqavilə: əlaqə.
Video təlimatlar

Bax və başla

Qısa videolarda tətbiqin əsas işləri. Videolar hazırlanır, tezliklə burada olacaq.

Video örtüyü: Necə işləyirTezliklə
Necə işləyir · 60 sanQeydiyyat, ilk sualın həlli, test və valideyn hesabatı.
Video örtüyü: Şagird üçünTezliklə
Şagird üçünŞəkil çəkmək, həlli oxumaq, test və DİM sınağı.
Video örtüyü: Valideyn üçünTezliklə
Valideyn üçünÖvladı bağlamaq, razılıq və həftəlik hesabat.
Video örtüyü: Müəllim üçünTezliklə
Müəllim üçünQrup yaratmaq, kodu paylaşmaq, test göndərmək.

Tətbiqi yüklə

Android və iOS üçün. Tətbiq mağazalarda tezliklə: yayımlananda nişanlar aktiv olacaq.

Google Play-də əldə edinTezliklə App Store-dan yükləyinTezliklə

Necə başlamaq

  1. Tətbiqi yüklə və aç.
  2. Telefon nömrəni yaz, SMS ilə gələn kodu daxil et. Öz nömrən yoxdursa, valideyninin nömrəsini yaz.
  3. Rolunu (şagird, valideyn, müəllim) və sinfini seç.
  4. İlk sualın şəklini çək.
Suallar

Tez-tez verilən suallar

AI Bilik pulsuzdurmu?

Hansı siniflər və fənlər üçündür?

I–XI sinif məktəb proqramı və DİM imtahanları (9-cu, 11-ci sinif və blok imtahanları). Proqramdan kənar suallar (universitet, iş sənədi, proqram kodu) həll edilmir.

Uşaqdan hansı məlumat toplanır? Reklam varmı?

Yalnız xidmət üçün lazım olan: ad, sinif, region, göndərilən suallar və nəticələr. Reklam yoxdur, məlumat satılmır və reklam üçün verilmir. Dəqiq məkan, kontaktlar və telefonun digər şəkilləri toplanmır. Ətraflı: məxfilik siyasəti.

Uşağın öz telefon nömrəsi yoxdursa?

Girişdə valideynin nömrəsi yazılır, SMS kodu valideynə gedir və valideyn razılığını təsdiqləyir. Bir nömrəyə bir neçə uşaq bağlana bilər.

Müəllim paketində şagirdlər necə sayılır?

AI səhv edə bilərmi?

Bəli, edə bilər. Həllər köməkçidir, müəllimi və dərsliyi əvəz etmir. Hər həllin altında "Səhvdir" düyməsi var, bildirişlərə baxırıq.

Abunəni necə ləğv edim?

Abunə Google Play-də idarə olunur: Google Play → Profil → Ödənişlər və abunələr → AI Bilik → Ləğv et. Ləğv cari dövrün sonundan qüvvəyə minir.

Hesabımı necə silim?

Tətbiqdə: Kabinet → ən altda "Hesabı sil". Tətbiq telefonda yoxdursa: aibilik.az/hesab-sil. Hesab 30 gün gizli qalır (eyni nömrə ilə daxil olsan, bərpa olunur), sonra birdəfəlik silinir. İstəsən dərhal da silmək olar.

Bir hesab neçə telefonda açıla bilər?

Eyni anda ən çox 2 cihazda. Üçüncü cihazda daxil olanda ən köhnə sessiya bağlanır.

Sualın var?

Yaz, adətən 1 iş günü ərzində cavab veririk.

info@aibilik.az