AI Bilik

Məxfilik siyasəti

Son yenilənmə: 29.10.2026 · Versiya 0.2

Bu mətn hüquqşünas yoxlamasındadır. İşarələnmiş yerlər yoxlamadan sonra doldurulacaq.

Bu siyasət AI Bilik tətbiqinin və aibilik.az saytının məlumatlarınızı necə topladığını, işlətdiyini, saxladığını və sildiyini izah edir. Əsas götürülən qanunlar: "Fərdi məlumatlar haqqında", "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" və "Uşaq hüquqları haqqında" Azərbaycan Respublikasının qanunları.

Qısaca: yalnız təhsil xidməti üçün lazım olanı toplayırıq. Reklam yoxdur. Məlumat satılmır və reklam üçün heç kimə verilmir. Hesabınızı istənilən vaxt silə bilərsiniz.

1. Biz kimik

AI Bilik I–XI sinif şagirdləri, onların valideynləri və müəllimləri üçün təhsil tətbiqidir. Tətbiqin sahibi və məlumatların operatoru:

2. Hansı məlumatlar toplanır

KimdənMəlumatNiyə
HamıTelefon nömrəsiGiriş (SMS kodu), hesabın qorunması
HamıAd, soyadProfil, valideyn və müəllim hesabatları, reytinq
HamıCins (şagird və müəllim üçün məcburi, valideyn üçün istəyə görə: “Demək istəmirəm” seçilə bilər)Düzgün müraciət (məsələn, qadın müəllim “Müəllimə” adlanır); AI-a göndərilmir
ŞagirdSinif, doğum ili və ya yaş qrupu, tədris dili, region, məktəb (istəyə görə)Sinfə uyğun sual və izah, reytinq
Valideyn, müəllimE-poçtHesabın bərpası, hesabatlar, ödəniş bildirişləri
MüəllimFənlər, məktəb və ya kurs, qruplarMüəllim alətləri
ŞagirdGöndərilən sualın şəkli və ya mətni, həllər, test cavabları, nəticələr, Bilik balıHəll, analitika, reytinq
HamıCihaz növü, tətbiqin versiyası, IP ünvanı, cihaz yoxlamasının nəticəsiTəhlükəsizlik, fırıldağa qarşı qorunma, xətaların düzəldilməsi
ÖdəyənAbunə növü, ödəniş tarixi və statusuAbunənin idarəsi

Kart məlumatlarını biz görmürük və saxlamırıq: ödənişi Google Play aparır.

3. Nələr toplanmır

4. Məlumatdan necə istifadə edirik

5. Süni intellekt (AI)

6. Uşaqlar

Tətbiqdən I sinifdən (6 yaşdan) uşaqlar istifadə edir, ona görə uşaq məlumatı üçün əlavə qaydalar var:

7. Kimlərə ötürülür

Məlumat yalnız xidməti göstərən aşağıdakı şirkətlərə, yalnız bizim tapşırığımızla və yalnız göstərilən məqsəd üçün ötürülür:

XidmətNə üçünYer
SupabaseBaza, giriş, fayllar (hostinq)Avropa İttifaqı
Anthropic (Claude)Sualların AI ilə həlli (adsız)ABŞ
ATL InfoTech (ATL SMS)SMS giriş kodu (yalnız telefon nömrəsi)Azərbaycan
Google PlayAbunə və ödənişGoogle-un qaydalarına görə
Cloudflareaibilik.az saytının yayımı və botlara qarşı yoxlamaQlobal şəbəkə

8. Nə qədər saxlanılır

MəlumatMüddət
Hesab, profil, nəticələrHesab silinənə qədər; silmədən sonra 30 gün gizli (bərpa üçün), istəsəniz dərhal
Nömrənin heşi və "bonus istifadə olunub" qeydi (silinmiş hesab)1 il
Sualın şəkliGöndəriləndən sonra 30 gün, sonra avtomatik silinir
Uyğunsuz şəkil (yalnız admin yoxlaması üçün, gizli yaddaşda)30 gün
Təhlükəsizlik jurnalları (IP, giriş və SMS cəhdləri)90 gün
Vebdən hesab silmə sorğusuBağlanandan sonra 90 gün
Ehtiyat nüsxələr (backup)Ən çox 30 gün, sonra yenisi ilə əvəzlənir
Ödəniş qeydləri (adsız)Vergi qanunu ilə tələb olunan müddət

9. Hesabın silinməsi

10. Sizin hüquqlarınız

Siz (uşaq üçün valideyn):

Sorğulara 30 gün ərzində cavab veririk. Sorğu üçün: info@aibilik.az.

11. Təhlükəsizlik

12. Dəyişikliklər və əlaqə

Bu siyasət dəyişəndə tətbiqdə bildiriş göstərilir, mühüm dəyişikliklərdə yenidən razılıq istənilir. Sual və sorğular üçün: info@aibilik.az · əlaqə səhifəsi.